Ceyranbatan–Maştağa magistral su xəttində təmir işləri yekunlaşır

Cəmiyyət Materials 29 İyul 2026 15:20 (UTC +04:00)
Ceyranbatan–Maştağa magistral su xəttində təmir işləri yekunlaşır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ceyranbatan–Maştağa magistral su xəttində təmir işləri yekunlaşmaq üzrədir.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ceyranbatan–Maştağa magistral su xəttinin 6-cı kilometrində diametri 1200 mm olan magistral xəttin istismar müddəti başa çatmış 22 metrlik qəzalı hissəsi yenisi ilə əvəz edilib.

Təmir işləri fasiləsiz şəkildə aparılıb və hazırda təmir-bərpa prosesi yekunlaşmaq üzrədir.

Məlumata görə, növbəti mərhələdə magistral xətt yuyulacaq, içməli su ilə doldurulacaq, su müvafiq anbarlara çatdırılacaq və daha sonra ərazidaxili xətlərə ötürüləcək.

Qeyd edək ki, ötən gündən aparılan təmir işləri ilə əlaqədar Abşeron rayonu üzrə Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı və Goradil qəsəbələri, Corat bağ massivi, həmçinin Sabunçu rayonu üzrə Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərində içməli suyun verilişində fasilə yaranıb.

Fasilə həmin əraziləri içməli su ilə təmin edən istismar müddəti başa çatmış qəzalı magistral xəttin bir hissəsinin yenisi ilə əvəz olunması ilə əlaqədardır.

Agentlik müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti