"Fənərbaxça" "Mançester Yunayted"in istədiyi futbolçu ilə maraqlanır

İdman Materials 29 İyul 2026 14:06 (UTC +04:00)
"Fənərbaxça" "Mançester Yunayted"in istədiyi futbolçu ilə maraqlanır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Yunayted"in də transfer etmək istədiyi İsmaila Sarr Türkiyəyə yollana bilər.

Türkiyə mətbuatının xəbərinə görə, "Kristal Pelas”ın 28 yaşlı futbolçusu “Fənərbaxça”nın transfer siyahısındadır.

Türkiyə klubu seneqallı futbolçunun keçidi üçün hərəkətə keçib. Sarrın “Kristal Pelas”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

O, karyerasına İngiltərədə, yoxsa Türkiyədə davam edəcəyinə bu həftə qərar verməlidir. İsmaila “Metz”, “Renn”, “Uotford, “Marsel” kublarında oynayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti