Havayda vulkan püskürüb

Dünya xəbərləri Materials 29 İyul 2026 16:13 (UTC +04:00)
Havayda vulkan püskürüb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Havay ştatında yerləşən Kilauea vulkanı püskürməyə başlayıb.

Bu barədə ABŞ-nin Geoloji Xidmətinin Havay Vulkanoloji Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, vulkanın kraterindən qalxan lava təbəqəsinin hündürlüyü 30 metrə çatır və onların yüksəkliyi artmaqda davam edir. Hazırda püskürmə adaların əhalisi üçün təhlükə yaratmır.

Qeyd edək ki, Kilauea Havay adalarının ən böyük və ən aktiv vulkanlarından biridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti