SOCAR CAPE-in yanvar-iyun ayları üzrə ixrac gəlirləri açıqlandı

Energetika Materials 29 İyul 2026 21:23 (UTC +04:00)
SOCAR CAPE-in yanvar-iyun ayları üzrə ixrac gəlirləri açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin yanvar-iyun aylarında "SOCAR-CAPE" MMC-nin ixrac gəlirləri 485 min ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "İxrac icmalı"nın iyul buraxılışında bildirilib.

Məlumata əsasən, ötən ilin yanvar-iyun ayları üzrə bu gəlirlərlə bağlı göstəricilər dərc olunmayıb.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına SOCAR Polymer MMC başçılıq edir. Siyahıda sonrakı yerlərdə "AzerGold" QSC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, "Azəralüminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, SOCAR-ın Qaz İxrac İdarəsi, "Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərenerji" ASC, "Naxçıvan Enerji" MMC və "SOCAR-CAPE" MMC yer alıb.

Xatırladaq ki, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan Ticarət və Biznes Konfransının kuluarlarında Trend-ə eksklüziv müsahibəsində bildirib ki, şirkət beynəlxalq tərəfdaşlarla əməkdaşlığını genişləndirməyə davam edir və istehsalın modernləşdirilməsi, dekarbonizasiya və energetikanın yeni istiqamətlərinin inkişafına yönəlmiş layihələr həyata keçirir.

"SOCAR öz aktivlərinin ixrac potensialının artırılmasına və qabaqcıl texnologiyaların tətbiqinə xüsusi önəm verir. Şirkət Azərbaycanda geotermal enerji potensialını araşdırır və istehsalın səmərəliliyinin artırılması, həmçinin məhsullarının ixrac imkanlarının genişləndirilməsinə yönəlmiş layihələrə investisiya yatırmağa davam edir", – deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti