Bakı. Trend:
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin rəsmi saytında əks olunan məlumata görə, iyulun 30-da mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27 dərəcə isti olacaq.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 24-26° isti, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.
