İrana ağır zərbələr endirəcəyik - Tramp

Dünya xəbərləri Materials 29 İyul 2026 17:31 (UTC +04:00)
İrana ağır zərbələr endirəcəyik - Tramp
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ İordaniyada yerləşən amerikalı hərbçilərə qarşı həyata keçirilən hücuma cavab olaraq İrana güclü zərbələr endirmək niyyətindədir.

“Fox News” telekanalının müxbiri Trey İnqstin bildirdiyinə görə, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

"Biz onlara çox sərt zərbə endirəcəyik. Onlar ağır cəzalarını alacaqlar", – deyə ABŞ liderinin sözlərini “Fox News” telekanalının efirində jurnalist sitat gətirib.

Buna baxmayaraq, Tramp İranla danışıqları davam etdirməyə hazır olduğunu da bildirib.

"Biz onlara danışıqları aparmağa imkan verəcəyik", – deyə Ağ evin rəhbəri vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ-nin hərbi hava bazasına və burada yerləşən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına ballistik raketlərlə zərbə endirdiyini açıqlamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti