Böyük Britaniya “Dreadnought” nüvə sualtı qayıqları üçün 5,9 milyard funtluq müqavilə imzalayıb

Dünya xəbərləri Materials 30 İyul 2026 06:22 (UTC +04:00)
Böyük Britaniya “Dreadnought” nüvə sualtı qayıqları üçün 5,9 milyard funtluq müqavilə imzalayıb

Bakı. Trend:

Dünyanın ən böyük aerokosmik, silah istehsalı və informasiya təhlükəsizliyi şirkətlərindən biri olan “BAE Systems” köhnəlmiş “Vanguard” donanmasını (nüvə silahı daşıyan strateji sualtı qayıqlar donanması) 2030-cu illərin başlanğıcından əvəz edəcək “Dreadnought” sinifli nüvə sualtı qayıqlarının modernləşdirilməsini davam etdirmək üçün Böyük Britaniya hökuməti ilə müqavilə imzalayıb.

Bu barədə xarici media xəbər verib.

Məlumata əsasən, müqavilənin dəyəri 5,9 milyard funt sterlinqdir (7,8 milyard dollar).

Bu müqavilə Böyük Britaniyanın dənizdə davamlı nüvə silahlarından çəkindirmə sistemini dəstəkləyən 8,4 milyard funt sterlinqlik müdafiə maliyyələşdirmə paketinin bir hissəsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti