Azərbaycanın U17 yunan-Roma güləşi millisi dünya ikincisi olub (FOTO)

İdman Materials 29 İyul 2026 23:54 (UTC +04:00)
Azərbaycanın U17 yunan-Roma güləşi millisi dünya ikincisi olub (FOTO)
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən U17 dünya çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, 3 gümüş və 3 bürünc medal qazanan millimiz 107 xal toplayaraq komanda hesabında dünya ikincisi olub. Rusiya (127) birinci, İran (96) isə üçüncü yeri tutub.

Xatırladaq ki, böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkəzov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal qazanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti