Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Hadisə Materials 30 İyul 2026 06:47 (UTC +04:00)
Yeni Zelandiya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Yeni Zelandiyanın Şimal adasında yerləşən Tauranqa şəhərindən 1 197 kilometr şimal-şərqdə, Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.

Operativ məlumatlara əsasən, qeydə alınan zəlzələnin episentri Yeni Zelandiyanın Kermadek adalar qövsünə daxil olan Raul adasından təxminən 135 kilometr şimal-qərbdə yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyi "dağıdıcı" kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 5,9 olaraq qiymətləndirib. Məlumata görə, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti