Xalq Bank “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı

Cəmiyyət Materials 30 İyul 2026 18:04 (UTC +04:00)
Xalq Bank “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərini mükafatlandırdı

Bakı. Trend:

Xalq Bankın stimullaşdırıcı “Əmanət” lotereyasının 1-ci tirajının qaliblərinə pul mükafatları təqdim olunub.

İlk tirajın nəticələrinə əsasən, ümumilikdə 75 nəfər müxtəlif məbləğlərdə pul mükafatı qazanıb. Qaliblər lotereya şərtlərinə uyğun olaraq bankın filial qrupları üzrə müəyyən edilib və mükafatlar müvafiq filiallarda qaliblərə təqdim edilib.

Bu tiraj üzrə ən yüksək uduş olan 15 ədəd 5 000 AZN pul mükafatının qalibləri Xalq Bankın Neftçilər, Mərkəz, Mingəçevir, Şəmkir, Tovuz, Şamaxı, Şəki, Yevlax, Quba, Şabran, Lənkəran, Şirvan və Neftçala filiallarının müştəriləridir.

Bundan əlavə, müxtəlif regionlardan 25 nəfər 1 000 AZN, 35 nəfər isə 500 AZN məbləğində pul mükafatını qazanıb. Ümumilikdə, ilk tirajda 117 500 AZN dəyərində pul mükafatları öz sahibini tapıb.

Xatırladaq ki, hazırda “Əmanət” lotereyasının 2-ci tirajı davam edir. Lotereya çərçivəsində Xalq Bankın “Müddətli”, “Proqress”, “VİP-Rantye” və rəqəmsal əmanət məhsulları üzrə yeni əmanət yerləşdirən və ya mövcud əmanətinin müddəti uzadılan müştərilər növbəti tirajlarda müxtəlif məbləğlərdə pul mükafatları, eləcə də hər biri 50 000 AZN olan iki əsas uduşdan birini qazanmaq şansı əldə edəcəklər.

“Əmanət” lotereyasının 2-ci tirajın qalibləri 12 oktyabr 2026-cı il tarixində müəyyən ediləcək. Şərtlər barədə ətraflı: https://www.xalqbank.az/az/ferdi/kampaniyalar/lotereya

Xəbər lenti

Xəbər lenti