ABŞ-nin hücumunda İranın Qeşm şəhərində 3 nəfər ölüb, 2 nəfər yaralanıb

Dünya xəbərləri Materials 30 İyul 2026 09:26 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gecə ABŞ-nin İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Qeşm şəhərinə hücumunda 3 nəfər ölüb.

Bu barədə İranın Hörmüzqan Tibb Elmləri Universiteti məlumat yayıb.

“Qeşm şəhərinin Çahtənqu məhəlləsində yaşayış evinə hücumda bir ailənin 3 üzvü ölüb, 2 üzvü isə yaralanıb”, -deyə məlumatda qeyd olunur.

Bildirilir ki, ailənin başqa bir üzvünün də axtarışı davam etdirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Əlavə edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İranda hərbi komandanlıq mərkəzləri, raket və pilotsuz təyyarə qurğuları, sahil müşahidə və müdafiə məntəqələri və dəniz imkanları da daxil olmaqla onlarla hədəfə zərbələr endirilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti