Rumıniyada çobanların etiraz aksiyasında toqquşma baş verib

Dünya xəbərləri Materials 30 İyul 2026 16:10 (UTC +04:00)
Rumıniyada çobanların etiraz aksiyasında toqquşma baş verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rumıniyanın paytaxtı Buxarestdə çobanların keçirdiyi etiraz aksiyasında asayış keşikçiləri ilə nümayişçilər arasında qarşıdurma yaşanıb.

Bu barədə “Digi24” telekanalı məlumat yayıb.

Bir qrup etirazçı Rumıniyanın Milli Sanitariya-Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin (ANSVSA) binasına doğru irəliləməyə çalışıb. Polis etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, etirazçılar qoyun və quzu ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını, onlara dəymiş ziyanın kompensasiya edilməsini və ANSVSA-nın sədrinin vəzifədən azad olunmasını tələb edirlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti