Bakı. Trend:
Bu ilin 1 iyul tarixinə xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat (76 milyard 984,4 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 6 faizini təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına əsasən, xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon ABŞ dolları və ya 4,1 faiz azalıb.
"2026-cı ilin birinci yarımili ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon ABŞ dolları məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon ABŞ dolları vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib. 2026-cı ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb", - məlumatda qeyd edilib.
Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil edib.
