Bakı. Trend:
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2026-cı ilin I yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleten hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Bu barədə nazirlik məlumat yayıb.
Sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə dərc olunur.
Statistik Bülletenlə bu link vasitəsilə tanış ola bilərsiniz.
