Bakı. Trend:
Bu ilin iylun 1-i tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici dövlət zəmanətli borc) 7 milyard 232,3 milyon manat və ya 2026-cı il üzrə130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan ÜDM-in 5,5 faizini təşkil edib.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Dövlət zəmanətinin 4 milyard 928,0 milyon manatı (2 milyard 898,8 milyon ABŞ dolları) və ya 68,1 faizi xarici dövlət zəmanətli kreditlərin, 2 milyard 304,3 milyon manatı və ya 31,9 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalmasının səbəbi “Cənub Qaz Dəhlizi” QapalıSəhmdar Cəmiyyəti tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2 milyad ABŞ dolları məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması olub.
2026-cı il 1 iyul tarixinədövlət zəmanətli borc portfelinin valyuta tərkibi aşağıdakı kimi olub: ABŞ dolları –52,8 faiz, avro –22,0 faiz, manat –17,9 faiz, yapon yeni –5,0 faiz, digər valyutalar –2,3faiz
Dövlət zəmanətli borcun 65,5faizi 5 iləqədər olan müddətdə, 21,5 faizi 5 ildən 10 ilə qədər olan müddətdə, 13,0 faizi isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Hesabat tarixinədövlət zəmanətli borc portfelinin 46,9faizini sabit, 53,1faizini dəyişkən faiz dərəcəli borc təşkil edir.
