Bakı.Trend:
Pakistanın şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətində terrorçuların silahlı hücumu nəticəsində azı 9 polis əməkdaşı həlak olub, daha 28 nəfər yaralanıb.
Bu barədə “Dawn” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bölgənin polis baş inspektoru Zülfiqar Həmid bildirib ki, ölkədə qadağan olunmuş "Fitnə əl-Xəvaric" qruplaşmasının silahlıları Hanqu dairəsində təhlükəsizlik qüvvələrinin blokpostuna silahlı hücum ediblər.
Onun sözlərinə görə, polisin cavab əməliyyatı nəticəsində 15 terrorçu zərərsizləşdirilib.
