Bakı.Trend:
Ermənistanda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindən daxil olmaqla, ölkəyə tomat pastasının idxalı qadağan edilib.
Bu qadağa barədə qərar Ermənistan hökumətinin iclasında təsdiqlənib. Qadağa 6 ay müddətinə qüvvədə olacaq.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyana qadağanın qüvvəyə minməsindən ən geci üç təqvim günü əvvəl malların idxalı zamanı qeyri-tarif tənzimlənməsi tədbirlərinin müvəqqəti tətbiqi barədə Avrasiya İqtisadi Komissiyasını (AİK) məlumatlandırmaq tapşırılıb.
