Gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırma aparılır (YENİLƏNİB)

Cəmiyyət Xəbər 30 İyul 2026 12:45 (UTC +04:00)
Gənc qızın zəhərlənərək ölməsi ehtimalı ilə bağlı araşdırma aparılır (YENİLƏNİB)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 28-i saat 17:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yevlax şəhəri, Salatın Ə. küçəsi ərazisindən çağırış qeydə alınıb.

Bu barədə Yevlaxda gənc qızın zəhərlənmədən ölməsi ilə ehtimalı ilə bağlı Trend-in sorğusuna TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

xxx
12:45

Yevlaxda gənc qızın zəhərlənmədən ölməsi ilə ehtimalı ilə bağlı araşdırma başlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, Yevlaxda baş verən hadisə nəzarətdədir:

"Hadisənin səbəblərinin, həmçinin qida zəhərlənməsi olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb", - məlumatda bildirilib.

Qeyd edilib ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti