Bakı.Trend:
Qırğızıstan Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iki respublika arasında müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıblar.
Bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti iki ölkə liderlərinin Çolpon-Atada keçirdiyi danışıqların yekunlarına dair məlumat yayıb.
Ümumilikdə, təkbətək və geniş tərkibdə keçirilən danışıqlardan sonra 12 sənəd imzalanıb. Bunlar arasında müdafiə sahəsində əməkdaşlıq və ali təhsil sahəsində kreditlərin qarşılıqlı tanınmasına dair sazişlər də yer alır.
Həmçinin aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq, turizm sahəsində əməkdaşlığın inkişafı üzrə birgə fəaliyyət, 2026–2028-ci illər üçün investisiya sahəsində ikitərəfli əməkdaşlıq və 2028-ci ilədək mədəniyyət sahəsində əməkdaşlıq planları təsdiqlənib.
