Qaxda ağır qəza: Bir nəfər ölüb, xəsarət alanlar var (YENİLƏNİB)

Hadisə Xəbər 30 İyul 2026 20:41 (UTC +04:00)
Qaxda ağır qəza: Bir nəfər ölüb, xəsarət alanlar var (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər iyulun 30-da saat 17:30 radələrində Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Trend-ə bildirilib ki, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.

Hazırda onların müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Məlumata görə, yaralılardan birinin vəziyyəti ağır, digər iki nəfərin vəziyyəti isə stabil qiymətləndirilir.

18:30

xxx

Bu gün saat 16:00 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində “Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza nəticəsində “Mercedes” avtomobilinin sərnişini, 60 yaşlı Tacəddin Əhmədov hadisə yerində vəfat edib.

Qəza zamanı “Mercedes”in sürücüsü, 44 yaşlı Xəyal Həşimov, “Niva”nın sürücüsü, 66 yaşlı Novruz Mənəfov, eləcə də “Mercedes”də olan digər sərnişin, 52 yaşlı Zaur Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti