Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib (FOTO)

İqtisadiyyat Materials 30 İyul 2026 16:45 (UTC +04:00)
Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı — Azərbaycan Hava Yolları Türkiyənin Qars şəhərinə ilk uçuşunu uğurla həyata keçirib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Qars istiqamətində həyata keçirilən ilk reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə, sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.

Qeyd edək ki, Türkiyə Azərbaycan Hava Yollarının ən geniş təmsil olunduğu bazar olaraq qalır. Hazırda aviaşirkət İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman, Adana və Qars istiqamətlərinə müntəzəm reyslər həyata keçirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti