Azərbaycanda iyun ayında XÖHKS vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlandı

İqtisadiyyat Materials 30 İyul 2026 21:16 (UTC +04:00)
Azərbaycanda iyun ayında XÖHKS vasitəsilə aparılmış əməliyyatların həcmi açıqlandı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda iyun ayında Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) vasitəsilə həyata keçirilən əməliyyatların həcmi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statistik bülletenə görə, cari ilin iyun ayında XÖHKS vasitəsilə ölkədə həyata keçirilən əməliyyatların həcmi 4,289 milyard manat, sayı isə 9,082 milyon vahid təşkil edib.

Trend agentliyinin Mərkəzi Bankın məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin iyun ayı ilə müqayisədə XÖHKS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 629 milyon manat və ya 17,2 faiz artıb, əməliyyatların sayı isə 830 min ədəd və ya 8,4 faiz azalıb.

Qeyd edək ki, 2025-ci ilin iyun ayında ölkədə XÖHKS vasitəsilə həyata keçirilən əməliyyatların həcmi 3,66 milyard manat, sayı isə 9,912 milyon vahid olub.

Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletenə əsasən, iyunun sonuna bank sistemi və "Azərpoçt" MMC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı 22,798 milyon ədədə çatıb.

AMB-nin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artıb.

Bundan əlavə, debet kartlarının sayının 12 faiz artdığı, kredit kartlarının sayının isə 3,5 faiz azaldığı qeyd olunur.

"Hesabat dövründə ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,5 faiz artıb. 2026-cı ilin iyun ayında ödəniş kartlarından istifadə edilməklə ölkə daxilində həyata keçirilən nağdsız ödənişlərin həcmi 9,902 milyard manat təşkil edib. Bu məbləğin 8,575 milyard manatı elektron ticarətin payına düşüb. Qalan ödənişlərdən 1,325 milyard manatı POS-terminallar, 2,5 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə həyata keçirilib",-deyə məlumatda qeyd olunur.

Hazırda Azərbaycanda vahid AZQR standartı əsasında QR ödəniş sisteminin mərhələli tətbiqi davam edir. AMB-dən Trend-ə verilən özəl müsahibədə bildirilib ki, banklar artıq sistemlə texniki inteqrasiyanı başa çatdırıblar və funksionallıq tədricən POS terminallarında və mobil bank tətbiqlərində istifadəyə verilir.

"Növbəti inkişaf mərhələsi transsərhəd QR ödənişlərinin tətbiqi ola bilər. Bunun üçün Azərbaycan Ani Ödəniş Sistemi ilə digər ölkələrin analoji sistemləri arasında qarşılıqlı inteqrasiya imkanları nəzərdən keçirilir. Hazırda tənzimləyici bu sahədə beynəlxalq təcrübəni öyrənir. Prioritet istiqamətlər gündəlik pərakəndə hesablaşmalarda QR ödənişlərinin istifadəsinin genişləndirilməsi, istifadəçi təcrübəsinin təkmilləşdirilməsi və ekosistemdə iştirak edən banklar arasında tam uyğunluğun təmin edilməsidir", - deyə Mərkəzi Bank qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti