Hörmüz boğazı ilə bağlı danışıqlar davam edir – İran XİN

Dünya xəbərləri Materials 30 İyul 2026 19:58 (UTC +04:00)
Hörmüz boğazı ilə bağlı danışıqlar davam edir – İran XİN
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tehranda Oman rəsmiləri ilə Hörmüz boğazı ilə bağlı keçirilən danışıqlar bir neçə mərhələdə davam edir.

“Al-Jazeera” telekanalının məlumatına görə, bu barədə İran XİN mətbuat xidməti məlumat yayıb.

XİN-in sözçüsü İsmayıl Bəqayi qeyd edib ki, ötən həftə Tehranda başlayan Oman rəsmiləri ilə danışıqlar davam edir və cümə axşamı da əlavə görüşlər keçirilib.

O eyni zamanda beynəlxalq gəmiçiliyin işində yaranan fasilələrə görə ABŞ və İsrailin hərbi müdaxiləsini əsas amil kimi göstərib.

“Hazırda aydın olan budur ki, Hörmüz boğazı Amerikanın hərəkətləri və bu su yolunda yaratdığı təhlükəsizlik problemləri səbəbindən bağlıdır. Beynəlxalq gəmiçilik yalnız Amerikanın hərəkətləri ucbatından zərər görür” , – deyə Bəqayi ILNA agentliyinə bildirib

Məqalədə:

Xəbər lenti

Xəbər lenti