Bakı. Trend:
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədəninin çökməsi nəticəsində azı doqquz nəfər həlak olub.
Bu barədə “Geo TV” xilasedici xidmətlərə istinadla məlumat yayıb.
Mədən sahibinin sözlərinə görə, hadisəyə metan qazının partlayışı səbəb ola bilər. Qəza zamanı mədəndə 42 işçinin olduğu bildirilir. Onlardan bir neçəsinin dağıntılar altında qala biləcəyi ehtimal olunur.
Hazırda xilasetmə əməliyyatları davam etdirilir.