Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb - Sadır Japarov

Siyasət Materials 31 İyul 2026 09:10 (UTC +04:00)
Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb - Sadır Japarov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çolpon-Ata. Trend:

Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

Qırğızıstan dövlətinin başçısı qeyd edib: “Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvi dediyi kimi: “Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir”. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazınıb”.

Xəbər lenti

Xəbər lenti