Müttəfiqlik haqda saziş Azərbaycan və Qırğızıstan münasibətlərində yeni mərhələni başladıb - Səfir

Siyasət Materials 31 İyul 2026 12:09 (UTC +04:00)
Müttəfiqlik haqda saziş Azərbaycan və Qırğızıstan münasibətlərində yeni mərhələni başladıb - Səfir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çolpon-Ata.Trend:

Azərbaycan ilə Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında sazişin imzalanması ikitərəfli əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəldib.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan arasında bir sıra ikitərəfli sənədlərin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında keçirilən danışıqlar hər iki tərəfdən yüksək qiymətləndirilib.

"Bu gün keçirilən danışıqlar hər iki ölkənin prezidentləri tərəfindən yüksək qiymətləndirilib. Dövlət başçıları da qeyd etdilər ki, müttəfiqlik münasibətləri dövlətlərarası qarşılıqlı əlaqələrin ən yüksək formasıdır", – deyə Mamıtkanov bildirib.

Onun sözlərinə görə, müttəfiqlik haqqında sazişin imzalanması tərəflərin ikitərəfli münasibətlərin inkişafında qarşıya qoyduqları məqsədə nail olduqlarını təsdiqləyib.

"Müttəfiqlik haqqında sazişin imzalanması göstərir ki, ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni, ən yüksək səviyyəyə yüksəlib. Tərəflər məhz buna can atırdı və bu gün həmin məqsədə nail olundu", – deyə səfir vurğulayıb.

Mamıtkanov bildirib ki, növbəti mərhələ əldə olunmuş razılaşmaların praktik məzmunla doldurulması olacaq.

"İndi əsas məsələ əldə olunmuş razılaşmaların konkret praktik addımlarla həyata keçirilməsidir. Ümid edirik ki, imzalanan sənədlər və gələcək birgə fəaliyyət əməkdaşlığın inkişafı üçün yeni imkanlar və əlavə platformalar yaradacaq", – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti