Hazırda "B planı"na keçidi zəruri edən heç bir səbəb yoxdur - Taleh Kazımov

Maliyyə Materials 31 İyul 2026 11:45 (UTC +04:00)
Hazırda "B planı"na keçidi zəruri edən heç bir səbəb yoxdur - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Bankın monetar siyasət çərçivəsində müxtəlif ssenarilər üzrə fəaliyyət planları mövcuddur və qurum dəyişən iqtisadi şəraitə uyğun operativ reaksiya vermək imkanına malikdir.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

T.Kazımov qeyd edib ki, hazırda "B planı"na keçidi zəruri edən hər hansı əsas yoxdur və buna görə də belə bir ssenari müzakirə edilmir.

"Makroiqtisadi şərait və mövcud tənzimləyici göstəricilər hazırkı siyasət kursunun davam etdirilməsi üçün əsas verir. Bu səbəbdən də hazırda seçdiyimiz strategiyanı həyata keçirməyə davam edirik", – deyə AMB sədri bildirib.

O vurğulayıb ki, bütün mərkəzi banklar müxtəlif ssenarilər üzrə fəaliyyət planları hazırlayırlar və uğurlu monetar siyasətin əsas şərtlərindən biri yaranan vəziyyətə uyğun ən düzgün qərarı vaxtında qəbul etməkdir.

AMB sədri əlavə edib ki, hazırda həyata keçirilən monetar siyasətin orta və uzunmüddətli perspektivdə iqtisadiyyatın qarşılaşa biləcəyi potensial çağırışlara adekvat cavab verəcəyinə inanırlar.

Xəbər lenti

Xəbər lenti