Bakı. Trend:
2026-cı ilin 6 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 700 milyon manat və ya 0,8% ABŞ dolları artaraq 85,8 milyard ABŞ dolları olub.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında bildirib.
"Stateji valyuta ehtiyatları tədiyə balansının statistikasına əsasən 40 aylıq idxal mal və xidmətlərinin ödənilmsinə kifayət edir", - sədr vurğulayıb.
AMB sədri bildirib ki, ölkənin strateji valyuta ehtiyatları
geniş manat kütləsini (M2 aqreqatı) 3,4 dəfə üstələyir.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin 1 iyul
tarixinə ölkənin strateji valyuta ehtiyatları (Azərbaycan
Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının
Mərkəzi Bankı)85,8 milyard ABŞ dolları məbləğində olmaqla xarici
dövlət borcunu təqribən 18,6 dəfə üstələyir.
