Banklar kreditləşməyə daha 4.6 milyard manat yönəldə bilər - Taleh Kazımov

İqtisadiyyat Xəbər 31 İyul 2026 11:35 (UTC +04:00)
Banklar kreditləşməyə daha 4.6 milyard manat yönəldə bilər - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan banklar kreditləşməyə daha 4.6 milyard manat vəsait yönəldə bilər.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair bu gün keçirilən mətbuat konfransında bildirib.

O vurğulayıb ki, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidlik 6 milyard manat təşkil edir.
"Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4.6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər", - sədr qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti