Müttəfiqlik münasibətləri haqqında müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələdir - Sadır Japarov

Siyasət Materials 31 İyul 2026 10:05 (UTC +04:00)
Müttəfiqlik münasibətləri haqqında müqavilə Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələdir - Sadır Japarov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çolpon-Ata. Trend:

Müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması bugünkü danışıqların mühüm nəticəsi oldu. Bu, həqiqətən tarixi hadisədir və Qırğızıstan-Azərbaycan əməkdaşlığında yeni mərhələdir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında söyləyib.

Qırğızıstan Prezidenti, həmçinin enerji, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarlarının tənzimlənməsi və qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərlə bağlı əhəmiyyətli bir paketinin imzalandığını vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti