Çolpon-Ata. Trend:
Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət edib.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə dövlətimizin başçısı mətbuata birgə bəyanatda deyib.
“Öz tərəfimdən, uyğun hesab etdiyiniz vaxtda Sizi yenidən Azərbaycana dövlət səfərinə dəvət edirəm”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
