Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur - Japarov

Siyasət Materials 31 İyul 2026 09:42 (UTC +04:00)
Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur - Japarov
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çolpon-Ata.Trend:

Qırğızıstan və Azərbaycan ikitərəfli qarşılıqlı fəaliyyətin yeni inkişaf mərhələsinə qədəm qoyur.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Çolpon-Ata şəhərində Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarla çıxışı zamanı deyib.

Qırğızıstanın dövlət başçısı qeyd edib ki, bu əməkdaşlıq möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanır.

“Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll olunmamış heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir”, - deyə o vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti