Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub - Tokayev

Siyasət Materials 31 İyul 2026 12:31 (UTC +04:00)
Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub - Tokayev
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Çolpon-Ata.Trend:

Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə deyib.

"Mərkəzi Asiya müasir tarixinin ən uğurlu dövrünü yaşayır. Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması formatımızın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı oldu. Birgə səylər sayəsində siyasi dialoqun daha da dərinləşdirilməsi, investisiya, energetika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, vahid nəqliyyat-logistika sisteminin formalaşdırılması üçün əlverişli şərait yaradılır. Son illərdə regiondaxili ticarət dövriyyəsi davamlı olaraq artır, işgüzar əlaqələr genişlənir, birgə müəssisələr yaradılır, ortaq investisiya layihələri həyata keçirilir, humanitar əlaqələr möhkəmlənir. Mədəni, təhsil və gənclər mübadiləsi də yeni məzmun qazanır. Bütün bu müsbət nəticələr qardaş xalqlarımızın daha da yaxınlaşmasına və regionun beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir", – deyə o bildirib.

Qazaxıstan Prezidenti vurğulayıb ki, Mərkəzi Asiyanın qlobal proseslərdə rolu inamla artır.

"Səsimiz beynəlxalq arenada getdikcə daha gur və daha sanballı eşidilir. Bunun parlaq nümunəsi Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu.

Qarşılıqlı fəaliyyətimizin bütün prinsipial məsələlərini ötən il Daşkənddə keçirilən görüşdə ətraflı müzakirə etdik. Həmin vaxt irəli sürülən təşəbbüslər, o cümlədən Məşvərət görüşlərinin institusional inkişafı ilə bağlı təkliflər bu gün də aktuallığını qoruyur və onların həyata keçirilməsi üçün sıx birgə işi tələb edir. Qazaxıstan əldə olunmuş razılaşmalara sadiqdir və ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş birgə təşəbbüslərin irəlilədilməsində qərarlıdır. Əminəm ki, ümumi tərəqqi naminə birgə səylərimizlə daha böyük uğurlara nail olacağıq. Sonda türkmən dostlarımıza Məşvərət görüşləri formatı çərçivəsində keçiriləcək növbəti tədbirlərin uğurla təşkilində müvəffəqiyyət arzulayıram", – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti