Seuta yaxınlığında ölən 14 miqrantın cəsədi Tetuandakı morqa aparılıb

Dünya xəbərləri Materials 1 Avqust 2026 03:50 (UTC +04:00)

Bakı. Trend:

Seuta şəhərinə keçməyə cəhd zamanı həlak olan 14 miqrantın cəsədi Mərakeşin Tetuan şəhərindəki məhkəmə-tibbi ekspertiza şöbəsinə çatdırılıb.

Mərakeş mənbələrinin məlumatına görə, ölənlərin yarısının şəxsiyyəti hələ müəyyən edilməyib. Qurbanlardan biri Yəmən vətəndaşıdır.

Qeyd edək ki, iyulun 30-da minlərlə miqrant Mərakeşdən Seutaya keçməyə çalışıb. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 50 min miqrant şəhərə daxil olub, onlardan 37,5 mindən çoxu geri qaytarılıb. Hadisələr zamanı azı 57 nəfərin öldüyü bildirilir.

Xəbər lenti

Xəbər lenti