PAŞA Sığorta Avropaya səyahət edən müştərisinin 40,768 ₼-lıq sığorta xərcini qarşılayıb

Turizm Materials 31 İyul 2026 14:20 (UTC +04:00)
PAŞA Sığorta Avropaya səyahət edən müştərisinin 40,768 ₼-lıq sığorta xərcini qarşılayıb

Bakı. Trend:

Şengen ölkələrinə səfər planlaşdıran hər kəs bilir ki, səyahət sığortası viza üçün məcburidir. Lakin çoxları onu sadəcə sənəd kimi qəbul edir.

Əslində isə bu sığortanın məqsədi viza almaq deyil, xaricdə gözlənilməz tibbi xərclərdən qorunmaqdır. Şengen ölkələri üçün təqdim olunan sığorta polisinin minimum təminat məbləği 30 min avro olmalıdır. Bu tələb təsadüfi müəyyən edilməyib.

Avropada sadə təcili yardım çağırışı, həkim müayinəsi və ya bir neçə günlük hospitalizasiya böyük xərclərə gətirib çıxara bilər. Berlində bir həmvətənimiz ürəkbulanma və qusma şikayətləri ilə klinikaya müraciət edib. Müayinə nəticəsində bağırsaq keçməzliyi aşkarlanaraq təcili cərrahi əməliyyat olunub. Yekunda PAŞA Sığorta öz müştərisinə 40768,45 ₼ (20.384,23 € avro) məbləğində sığorta ödənişi etmişdir.

2026-cı ildən Gürcüstana səfər edənlər üçün də səyahət sığortasının məcburi olması göstərir ki, bir çox ölkələr bu məsələni artıq təhlükəsizlik standartı kimi qəbul edirlər.

Sığortaya “viza üçün tələb olunan kağız” kimi yox, səfər büdcəsini qoruyan maliyyə aləti kimi yanaşmaq daha doğru olar. Çünki xaricdə həkim tapa bilərsiniz, əsas məsələ isə həmin xidmətin xərcini ödəyə bilməkdir.

İndi səyahət sığortasını almaq da çox asandır. PAŞA Sığorta veb-saytından birbaşa ONLAYN ala bilərsiniz.

Xəbər lenti

Xəbər lenti