İran Hörmüzdə iki tankeri atəşə tutub

Dünya xəbərləri Materials 31 İyul 2026 14:39 (UTC +04:00)
İran Hörmüzdə iki tankeri atəşə tutub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İran tərəfi ilə razılaşdırma aparmadan Hörmüz boğazından keçməyə cəhd göstərən iki tankeri hədəfə aldığını bəyan edib.

"Təsnim" agentliyinin məlumatına görə, SEPAH tankerlərin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatlarına əsaslanaraq xəbərdarlıqlara məhəl qoymadığını iddia edib. İran tərəfinin versiyasına əsasən, insidentdən sonra iki tanker saxlanılıb, daha dörd tanker isə hərəkət istiqamətini dəyişib.

SEPAH həmçinin bildirib ki, bundan əvvəl gəmiçilik və sığorta şirkətlərinə CENTCOM-un tövsiyələrinə əməl etməmələri barədə xəbərdarlıq edib və vurğulayıb ki, istənilən "qanunsuz müdaxilə" cavabsız qalmayacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti