Tramp prezidentlik müddətinin sonunadək Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçə biləcəyini istisna etməyib

Dünya xəbərləri Xəbər 1 Avqust 2026 03:20 (UTC +04:00)
Tramp Qrenlandiya
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya onun ikinci prezidentlik müddətinin sonuna qədər Vaşinqtonun operativ nəzarəti altına keçə bilər.

O, bunu "Real America's Voice" telekanalına müsahibəsində deyib.

Aparıcı Stiv Qruber xatırladıb ki, daha əvvəl Trampın ikinci prezidentlik dövründə Qrenlandiyanın ABŞ-nin operativ nəzarətinə keçəcəyini proqnozlaşdırmışdı. Tramp buna cavab olaraq deyib: “Əgər buna mərc etmisinizsə, haqlı çıxacaqsınız. Qrenlandiya çox vacibdir. Belə mərc etməyə dəyər”.

Qrenlandiya Danimarkanın tərkibində muxtar ərazi statusuna malikdir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsindəki müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsinə dair müqavilə imzalayıblar. Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən müdafiə etməyi öhdəsinə götürüb. Tramp dəfələrlə bəyan edib ki, ABŞ-nin təhlükəsizliyinin təmin olunması üçün Qrenlandiya Vaşinqton üçün zəruridir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti