Bakı.Trend:
Fələstinin HƏMAS hərəkatı bəyan edib ki, təşkilatın silahsızlaşdırılması məsələsi İsrailin razılaşmanın bütün müddəalarını yerinə yetirməsindən asılıdır və xüsusilə qoşunların Qəzza zolağından tam çıxarılması, eləcə də İsrailin hücumlarının dayandırılması ilə bağlıdır.
Bu barədə hərəkatın rəsmi "Telegram" kanalında dərc olunan bəyanatda bildirilir.
HƏMAS şərtlər sırasında inzibati komitənin fəaliyyətə başlamasını, bölgəyə beynəlxalq qüvvələrin yerləşdirilməsini, eləcə də fələstinlilərin öz müqəddəratını təyin etmək hüququna təminat verilməsini və müstəqil Fələstin dövlətinin yaradılmasını qeyd edib.
Qeyd edək ki, iyulun 31-də ABŞ Prezidenti Donald Tramp HƏMAS silahlı birləşmələrinin tam tərksilah edilməsini nəzərdə tutan razılaşmanın əldə olunduğunu bəyan edib.
