Ağcabədidə su kanalına yıxılan şəxs xilas edilib

Hadisə Materials 31 İyul 2026 22:25 (UTC +04:00)
Ağcabədidə su kanalına yıxılan şəxs xilas edilib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisindən keçən hissəsində vətəndaşın kanala yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.

"Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş ehtiyatsızlıqdan kanala yıxılaraq köməksiz vəziyyətdə qalıb.

Vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb", - deyə məlumatda bildirilib.

Xəbər lenti

Xəbər lenti