Latviya Belarusla sərhədi bağlayıb

Dünya xəbərləri Materials 1 Avqust 2026 11:13 (UTC +04:00)
Latviya Belarusla sərhədi bağlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Latviya texniki səbəblərə görə Belarusla sərhədi bağlayıb.

Bu barədə Latviya daxili işlər naziri Yanis Dombrava sosial şəbəkədə bildirib.

Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kristine Petersone bunun informasiya sistemlərində yaranmış nasazlıqla əlaqədar olduğunu dəqiqləşdirib. Nasazlığın səbəbləri və problemin nə vaxt aradan qaldırılacağı hələlik məlum deyil.

Qeyd edək ki, bundan bir gün əvvəl Yanis Dombrava Latviya vətəndaşlarını Belarusa səfər etməməyə və ya artıq bu ölkədə olanları mümkün qədər tez geri qayıtmağa çağırmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti