Pakistanda qar uçqununa düşmüş alpinistlərin meyitləri tapılıb

Dünya xəbərləri Materials 1 Avqust 2026 12:37 (UTC +04:00)
Pakistanda qar uçqununa düşmüş alpinistlərin meyitləri tapılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistanda xilasedicilər Brod-Pik (8 051 metr) dağında qar uçqunundan sonra itkin düşmüş 10 alpinistdən 8-nin meyitini tapıb.

Bu barədə Geo TV telekanalı baza düşərgəsindəki mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl yürüş iştirakçılarından dördünün meyitinin aşkar edildiyi bildirilirdi. Qrupun qalan iki üzvünün axtarışları davam edir.

Çərşənbə günü Nepal, Pakistan, ABŞ, Oman və Çindən olan alpinistlərdən ibarət komanda Brod-Pik zirvəsinə qalxmağa başlayıb. Ekspedisiyaya 2019-cu ildə dünyanın 14 ən hündür zirvəsini rekord qısa müddətdə fəth edən tanınmış nepallı alpinist Nirmal Purca rəhbərlik edib.

Cümə axşamı yerli vaxtla günorta saatlarında dağda qar uçqunu baş verib və bundan sonra qrupla əlaqə kəsilib. GPS izləmə cihazlarının məlumatına görə, alpinistlər uçqun nəticəsində təxminən bir kilometr aşağıya sürükləniblər

Məqalədə:

Xəbər lenti

Xəbər lenti