İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarına zərbələr endirdiyini açıqlayıb

Dünya xəbərləri Materials 1 Avqust 2026 20:33 (UTC +04:00)
İsrail ordusu Qəzzada HƏMAS-ın silah anbarlarına zərbələr endirdiyini açıqlayıb

Bakı. Trend:

İsrail hərbçiləri Qəzza zolağına yeni hücumlar həyata keçirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, hücumların hədəfi Fələstinin "HƏMAS" hərəkatı üçün silahların saxlanıldığı anbarlar olub.

Bildirilib ki, ümumilikdə beş anbara hücum edilib. Qeyd edilib ki, bundan başqa, orada Kalaşnikov avtomatları, partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, sursat və digər hərbi avadanlıqlar da saxlanılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti