Ermənistan Prezidenti Nikol Paşinyanı Baş nazir təyin edib

Dünya xəbərləri Materials 2 Avqust 2026 15:29 (UTC +04:00)
Ermənistan Prezidenti Nikol Paşinyanı Baş nazir təyin edib
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyanı Baş nazir təyin edib.

TASS agentliyindən verilən məlumata görə, Ermənistan Prezidenti bununla bağlı fərman imzalayıb.

Müvafiq fərman dövlət başçısının rəsmi saytında dərc olunub.

Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan parlamentin bugünkü ilk iclası zamanı Konstitusiyanın tələbinə uyğun olaraq hökumətin istefa verdiyini elan etmişdi.

Bununla bağlı Baş nazir Nikol Paşinyan sənəd imzalayaraq Ermənistan prezidenti Vaaqn Xaçaturyana təqdim etmiş və sonuncu onu qəbul etmişdi.

Bu, yeni çağırış parlament fəaliyyətə başladıqdan sonra Konstitusiyanın tələbinə uyğun olaraq həyata keçirilən formal prosedurdur. Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən, hökumət parlamentin ilk iclas günü istefa verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti