Mərakeş Seuta sərhədini keçən qanunsuz miqrantların sayını açıqlayıb

Dünya xəbərləri Materials 3 Avqust 2026 00:20 (UTC +04:00)
Mərakeş Seuta sərhədini keçən qanunsuz miqrantların sayını açıqlayıb

Bakı. Trend:

Afrika Aralıq dənizi sahilində yerləşən İspaniyanın Seuta muxtar şəhərinin sərhədini keçməyi bacaran qanunsuz miqrantların sayı təxminən 40 min nəfər olub.

Bu barədə Mərakeş Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

"Səlahiyyətli orqanlara təqdim edilən və sahə monitorinqi və izləmə sistemləri vasitəsilə əldə edilən dəqiq statistika göstərir ki, sərhədi qanunsuz keçmək cəhdlərində iştirak edənlərin faktiki sayı Seuta istiqamətində təxminən 40 minə, [İspaniyanın muxtar şəhəri] Melilla istiqamətində isə təxminən 1135-ə çatıb", - deyə nazirlik qeyd edib.

Mərakeş Daxili İşlər Nazirliyi bildirib ki, "Melillaya çatmağı bacaran hər kəs dərhal geri qaytarılıb".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti