Azərbaycan millisi U-17 dünya çempionatını 7 medalla başa vurub

İdman Materials 2 Avqust 2026 22:42 (UTC +04:00)
Azərbaycan millisi U-17 dünya çempionatını 7 medalla başa vurub
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən 17 yaşadək güləşçilər arasında dünya çempionatı başa çatıb.

Azərbaycan millisi yarışı ümumilikdə 7 medalla tamamlayib.

Çempionatın son günündə 51 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçi İbrahim Həsənov finala yüksələrək gümüş medal qazanıb.

Bundan əvvəl yunan-Roma güləşi üzrə Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc mükafata sahib olublar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti