Bakı. Trend:
İspaniya hakimiyyəti avqustun 1-də, şənbə günü Seuta sahillərində dəniz yolu ilə qeyri-qanuni keçidlərin qarşısını almaq məqsədilə üzən maneənin quraşdırılmasına başlayıb. Maneənin əsas elementi — uzunluğu 500 metr, səthdən 30-70 santimetr hündürlüyə və su altında qalan hissəsinin dərinliyi isə bir metrə qədər olan pnevmatik baryerdir.
İspaniya Mülki Qvardiyası və Hərbi Dəniz Qüvvələri tərəfindən birgə yerləşdirilən bu pnevmatik maneə Mərakeş sahillərindən üzərək keçmək cəhdlərinin qarşısını almağı hədəfləyir.
Bu tədbir genişmiqyaslı miqrasiya böhranından sonra həyata keçirilir. Həftənin əvvəlindən etibarən əsasən gənc kişilər və yeniyetmələrdən ibarət, əksəriyyəti Mərakeş vətəndaşı olan təxminən 60 min nəfər quru sərhədini keçərək və ya dəniz yolu ilə İspaniyanın Seuta anklavına daxil olub.
"Vəziyyət sonradan xeyli yaxşılaşıb", – deyə İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib və əlavə edib ki, anklava daxil olmuş təxminən 60 min miqrantın artıq böyük əksəriyyəti yenidən Mərakeşə qayıdıb.
Bununla belə, böhran çoxsaylı insan tələfatına səbəb olub. İspaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, İspaniyaya keçmək cəhdləri zamanı azı 67 nəfər həlak olub.
