Yunanıstanda yanğın söndürən iki helikopter havada toqquşub (VİDEO)

Dünya xəbərləri Materials 2 Avqust 2026 18:20 (UTC +04:00)
Yunanıstanda yanğın söndürən iki helikopter havada toqquşub (VİDEO)
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 2-də Yunanıstanda güclü meşə yanğınının söndürülməsi əməliyyatı zamanı iki helikopter havada toqquşub. Hadisə Afinanın Psata bölgəsində baş verib.

Bu barədə ölkənin yanğınsöndürmə xidməti məlumat yayıb.

Yanğınsöndürmə xidmətinin açıqlamasında bildirilir ki, ekipaj üzvlərinin tapılması üçün hazırda xilasetmə əməliyyatı davam etdirilir.

Hazırda Yunanıstan güclü küləklərin alovlandırdığı və sürətlə yaydığı bir neçə meşə yanğını ilə mübarizə aparır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti