ABŞ-nin 5 milyon dollar mükafat təklif etdiyi narkokartel lideri Meksikada saxlanılıb

Dünya xəbərləri Materials 3 Avqust 2026 01:36 (UTC +04:00)
ABŞ-nin 5 milyon dollar mükafat təklif etdiyi narkokartel lideri Meksikada saxlanılıb

Bakı. Trend:

Meksika hakimiyyəti "Los Reyes" narkotik kartelinin rəhbəri, "Ponço" ləqəbi ilə tanınan Alfonso Fernandes Maqallonun saxlanıldığını açıqlayıb.

Bu barədə "Excelsior" qəzeti məlumat yayıb.

Bildirilib ki, Maqallon Meksika ordusunun keçirdiyi əməliyyat nəticəsində Miçoakan ştatında tutulub.

ABŞ hakimiyyət orqanlarının məlumatına görə, o, ən çox axtarılan cinayətkarlardan biri olub və onun saxlanılmasına səbəb olacaq məlumat üçün Vaşinqton tərəfindən 5 milyon dollar mükafat təyin edilmişdi. Məlumatda qeyd olunur ki, "Los Reyes" karteli 2019-cu ildən etibarən ABŞ-nin Tennessi ştatında narkotik vasitələrin yayılması ilə məşğul olub.

İstintaq materiallarına əsasən, Maqallon kartelin ABŞ-yə narkotik qaçaqmalçılığı fəaliyyətində mühüm rol oynayıb. Onun Kolumbiyadan Miçoakan ştatına kokain daşıyan təyyarələrin istifadə etdiyi uçuş-enmə zolaqlarına nəzarət etdiyi bildirilir.

Kartel rəhbərinin saxlanılmasından sonra cinayətkar qruplaşmanın üzvləri Miçoakan ştatının Los Reyes və Periban bələdiyyələrində yolları bağlayıb, həmçinin bir neçə avtomobili yandırıblar.

Xəbər lenti

Xəbər lenti