Tramp Konqresə aralıq seçkilərin nəticələrindən narahat deyil

Dünya xəbərləri Materials 3 Avqust 2026 00:39 (UTC +04:00)
Tramp Konqresə aralıq seçkilərin nəticələrindən narahat deyil

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərin nəticələrinin onun siyasi mövqeyinə ciddi təsir göstərməyəcəyinə inanır.

Bu barədə “Axios” portalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Tramp Respublikaçılar Partiyasının Konqresdə çoxluğu itirməsi ehtimalından ciddi narahat deyil və seçkilərin nəticəsindən asılı olmayaraq partiya daxilində güclü dəstəyə malik olacağına əmindir.

Məlumata görə, Tramp 2028-ci il prezident seçkilərində üçüncü dəfə namizəd ola biləcəyinə dair açıqlamalar verməyə davam etsə də, əslində, hazırkı Vitse-prezident Cey. Di. Vensin Respublikaçılar Partiyasının namizədi olmasını dəstəkləyir. Potensial vitse-prezidentliyə namizəd kimi isə Dövlət katibi Marko Rubionun adı çəkilir.

ABŞ-də Konqresə aralıq seçkilər noyabrın 3-də keçiriləcək. Səsvermə zamanı Senatın üçdə biri və Nümayəndələr Palatasının bütün tərkibi yenidən seçiləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti