ABŞ vətəndaşlarını Seutaya səfər etməməyə çağırıb

Dünya xəbərləri Materials 2 Avqust 2026 07:09 (UTC +04:00)
ABŞ vətəndaşlarını Seutaya səfər etməməyə çağırıb

Bakı. Trend:

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti vətəndaşlara miqrant böhranı səbəbindən Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta ərazisinə səfər planlarının ləğv olunmasını tövsiyə edib.

Dövlət Departamenti bununla bağlı bildiriş yayıb.

“Mərakeşdən Seutaya çoxlu miqrantın gəlməsi gözlənilməz və təhlükəli vəziyyətlərə səbəb ola bilər. İğtişaşlarla bağlı risklərə görə səyahət planlarını yenidən nəzərdən keçirin", - deyə bildirişdə vurğulanıb.

Həmçinin diqqətə çatdırılıb ki, İspaniya hadisə ilə əlaqədar əraziyə hərbi qüvvə yerləşdirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti